...

Vəkillərin sorğusuna elektron cavab verilməməsi çətinliklər törədir - Anar Bağırov

Gündəm Materials 24 Oktyabr 2022 11:01 (UTC +04:00)
Vəkillərin sorğusuna elektron cavab verilməməsi çətinliklər törədir - Anar Bağırov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə vəkillik sahəsində çox ciddi yeniliklər baş verir.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, əsas məqsəd vəkillərin fəaliyyətinin asanlaşdırılmasıdır.

Kollegiya sədri bu sahədə bəzi çətinliklərin də olduğunu bildirib. Qeyd edib ki, vəkillərin sorğusuna elektron cavab verilməməsi çətinliklər törədir.

"Bu vaxt itkisinə səbəb olur, Ədliyyə Nazirliyindən xahiş edirəm, vəkillərinin sorğularına elektron qaydada cavab verilməsinə yardım olunsun. Sorğulara elektron qaydada cavabların verilməsi vaxt itkisinin və digər xərclərin qarşısını alacaq",-A. Bağırov qeyd edib. .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti