...

Bakıda ikinci yerüstü stansiyada işlər başa çatdırılıb

Gündəm Materials 27 Oktyabr 2022 10:48 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropoliteninin Xocahəsən sta siyası və Xocahəsən elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.

Trend-in məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgidən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır.

"Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti