...

Smartfonun batareyasının ömrünü necə uzatmaq olar?

Gündəm Materials 14 Noyabr 2022 10:38 (UTC +04:00)
Smartfonun batareyasının ömrünü necə uzatmaq olar?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Smartfonlarla bağlı ən çox rast gəlinən şikayətlərdən biri zaman keçdikcə enerjinin əvvəlkindən daha tez bitməsidir.

Trend-in məlumatına görə, daha diqqətli istifadə etməklə telefon batareyalarının ömrünü uzatmaq olar.

1. Smartfonu uzun müddət 100% doldurulmuş vəziyyətdə adapterə qoşulu saxlamayın.

2. Smartfonunuzu enerji ilə doldurmazdan əvvəl arxa fonda işləyən lazımsız proqramları bağlayın, əgər telefonda yaddaş təmizləyici funksiyası varsa, onu işlətməklə bu addımı daha sağlam edə bilərik. Bu funksiya mövcud deyilsə, smartfonunuzu enerjiyə qənaət rejiminə qoya bilərsiniz.

3. Batareyanın tam tükənməsini və ya 100% dolmasını gözləmək lazım deyil.

4. Keyfiyyətsiz adapterlərdən istifadə etməyin. Yanınızda orijinal adapteriniz yoxdursa, smartfonu başqa model orijinal adapter ilə doldura bilərsiniz.

5. Smartfonunuz enerjidə olan zaman müdaxilə etməyin.

Smartfonda oyun oynamaq və ya enerjidə olarkən sistemi uzun müddət yora biləcək proqramlarda dolaşmaq qurğunun qızmasına və batareyanın ömrünün azalmasına səbəb olacaq. Mesajlaşma proqramlarından yalnız zəruri hallarda istifadə etmək və onu aşmamaq tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti