...

ABŞ səfirliyi Trend BİA-nın əməkdaşının Senat və Konqresə seçkilərdəki fəaliyyətini xüsusi qeyd edib

Gündəm Materials 18 Noyabr 2022 14:15 (UTC +04:00)
ABŞ səfirliyi Trend BİA-nın əməkdaşının Senat və Konqresə seçkilərdəki fəaliyyətini xüsusi qeyd edib

Bakı. Trend:

Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Ləman Zeynalova dünyanın müxtəlif ölkələrini təmsil edən bir qrup jurnalistlə birgə Dövlət Departamenti Xarici Mətbuat Mərkəzinin təklif etdiyi - ABŞ-də aralıq seçkiləri ilə bağlı Beynəlxalq reportaj səfərində iştirak edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin rəsmi "Facebook" hesabında etdiyi paylaşımda bildirilib.

"ABŞ-də olarkən, Ləman 2022-ci ildə siyasi debatlara səbəb olan məsələlər haqqında öyrənmək üçün bir sıra dövlət məmurları, şərhçilər, könüllülər ilə təşkil olunmuş görüşlər və müsahibələr vasitəsilə Amerikada siyasi proseslər haqqında daha ətraflı məlumat əldə etmək üçün Arizona və Şimali Karolina ştatlarında səfərdə oldu.

Ləmanın hazırladığı məqələlərin biri ilə tanış olun: https://en.trend.az/world/us/3667124.html ", - deyə səfirliyin paylaşımında qeyd olunub.

Xatırladaq ki, Trend Beynəlxalq İnformasiya Agentliyi Dövlət Departamentinin dəvəti ilə ABŞ Senatına və Konqresinə aralıq seçkilərinin birbaşa işıqlandırılmasında Azərbaycandan yeganə media orqanı kimi iştirak edib. 2022-ci il noyabrın 2-dən noyabrın 10-dək agentliyin xüsusi müxbiri Arizona və Şimali Karolina ştatlarında səsvermə prosesini müşahidə edib. Xarici jurnalistlərin missiyasına 25 ölkədən ən nüfuzlu KİV nümayəndələri daxil olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti