...

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin MDB məsələlərinə nəzarət edəcək - Nazirlik

Gündəm Materials 4 Dekabr 2022 21:38 (UTC +04:00)
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin MDB məsələlərinə nəzarət edəcək - Nazirlik

Bakı. Trend:

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yeni vəzifəsində Müstəqil Dövlətlər Birliyi (MDB) və İttifaq dövləti məsələləri ilə məşğul olacaq, xarici işlər nazirinin müavini Andrey Rudenko isə Asiya istiqaməti məsələsi ilə məşğul olacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

"MDB mövzusuna xarici işlər nazirinin müavini M.Qaluzin, Andrey Rudenko isə Asiya istiqaməti nəzarət edəcək", - deyə qeyd olunub.

Qeyd edək ki, A.Rudenko 2019-cu ilin sentyabrından Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsində çalışır. Mixail Qaluzin 2022-ci il noyabrın 25-də Rusiya Federasiyasının xarici işlər nazirinin müavini təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti