...

7 ildə paytaxtda istismarda olan avtobusların 70 %-dən çoxu yenilənib - Mais Ağayev

Gündəm Materials 6 Dekabr 2022 11:28 (UTC +04:00)
7 ildə paytaxtda istismarda olan avtobusların 70 %-dən çoxu yenilənib - Mais Ağayev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində son 7 ildə paytaxtda istismarda olan avtobusların 70 %-dən çoxu yenilənib.

Trend-in məlumatına görə, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, pandemiyadan öncəki dövrdə avtobuslarla sərnişin səfər sayları hər il artıb:

"2016-cı ildə 629 milyon, 2017- də 659 milyon, 2018-ci ildə 704 milyon, 2019-cu ildə 801 milyondan artıq sərnişin səfər sayı olub. 2016 və 2018-ci illər aralığında sərnişin səfər sayı 170 milyon, yəni 27 %-dən çox artıb. Ama pandemiyanın gəlişi ilə səyahət sayında 50 %-ə qədər azalma oldu. Bu tendensiya dünyanın bütün şəhərlərində müşahidə edildi. Təhlillər göstərir ki, həmin şəhərlərdə son iki ildə ictimai nəqliyyata etibar yenidən artmağa başlayıb. Buna onlar yollarda avtobus zoıaqlarının tətbiqi ilə nail olub. Misal olaraq Tiflis şəhərini göstərə bilərik"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti