...

Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi - Xoşbəxt Yusifzadə

Gündəm Materials 7 Dekabr 2022 14:18 (UTC +04:00)
Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi - Xoşbəxt Yusifzadə

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün özümü adım kimi çox xoşbəxt hiss edirəm. Bu, mənim üçün bir bayram günüdür. Hörmətli Prezidentimiz İlham Əliyevin mənim adım verilən tankerin istismara verilməsi mərasimində iştirak etməsi mənim üçün böyük bir hədiyyə oldu.

Trend xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə bildirib: “Ümumiyyətlə, bu tankerə mənim adımın verilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür. Dövlətimizin başçısı 90 illik yubileyimdə bu təkliflə çıxış etdi və bu gün də gəminin suya buraxılması mərasimində iştirak etdi. Ona görə bu gün mənim üçün çox əziz gündür”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti