...

Sülhməramlılar aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırırlar (VİDEO)

Gündəm Materials 12 Dekabr 2022 15:45 (UTC +04:00)
Sülhməramlılar aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırırlar (VİDEO)

Şuşa. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Trend-in bazar ertəsi Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika gətiriblər.

Məlumata görə gətirilən texnikalar modul tipli yataqxanalardır. Modul tipli yataqxanaların quraşdırlması üçün qaldırıcı kran da əraziyə gətirilib. Sülhməramlılar aksiyanın keçirildiyi ərazidə gücləndirilmiş rejimdə xidmət aparmağa başlayıblar.

Aksiyanın gecə də davam edə biləcəyi ehtimalına görə sülhməramlıların bu addımı atdığı bildirilir.

Xəbər lenti

Xəbər lenti