...

Bərdədə qocalar evində yanğın baş verib (FOTO)

Gündəm Materials 27 Dekabr 2022 12:12 (UTC +04:00)
Bərdədə qocalar evində yanğın baş verib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə qocalar evində dəhşətli yanğın hadisəsi baş verib

Trend-in yerli bürosunun məlumatına görə, hadisədə zamanı iki mərtəbəli bina tamamilə yanaraq külə dönüb.

Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü yanğın baş verib. Hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan olduğu ehtimal edilir. Qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Bina uzun müddətdir ki, 3 məcburi köçkün ailəsi məskunlaşıb. Hadisə zaman xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə yerinə Bərdə və Tərtər rayonlarından yanğınsöndürənlər cəlb edilib, yanğın tam söndürülüb. Təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün rayon polis şöbəsinin əməkdaşları da ərizəyə cəlb edilib.

Hadisənin baş vermə səbəbi Fövqəladə hallar nazirliyi və hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti