...

Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır - Konsepsiya

Gündəm Materials 26 Yanvar 2023 16:24 (UTC +04:00)
Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır - Konsepsiya

Bakı. Trend:

Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əks olunub.

Qeyd olunub ki, Qərbi azərbaycanlılara qarşı böyük haqsızlıq törədilib. Bu haqsızlıq etnik təmizləmə ilə məhdudlaşmır. Qərbi azərbaycanlıların evlərinə başqa yerdən insanlar köçürülüb. Bu ağrılı keçmişi tarixi yaddaşında saxlamaqla bərabər İcma qəbul edir ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülmüş ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır. İcma barışığa nail olmağın uzun müddət tələb edəcəyini və mürəkkəb olacağını gözləyir. İcma insan hüquqlarına hörməti, hüququn aliliyini və ikili standartların aradan qaldırılmasını barışın əldə edilməsi üçün ən mühüm vasitələr kimi görür. Bu baxımdan, İcma Ermənistanın azərbaycanlılara qarşı nifrət və ayrıseçkiliyi aşılayan siyasət və praktikasını dayandırmasına, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməsinə, onları şöhrətləndirməyə dərhal son verməsinə, o cümlədən, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməsinə və aparılmış yer adları dəyişliklərini ləğv etməsinə nail olmaq üçün səylər göstərəcək.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında Qayıdış Konsepsiyası qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti