...

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirən təyyarə havaya qalxıb

Gündəm Materials 29 Yanvar 2023 20:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.

Trend-in məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir. Artıq Tehrandan Bakıya uçan təyyarə havaya qalxıb.

Yaxın saatlarda təyyarənin Heydər Əliyev Hava Limanına enməsi gözlənilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Xəbər lenti

Xəbər lenti