...

Hakerlərin 2022-ci ildə nə qədər kriptovalyuta oğurladığı məlum oldu

Gündəm Materials 2 Fevral 2023 10:10 (UTC +04:00)
Hakerlərin 2022-ci ildə nə qədər kriptovalyuta oğurladığı məlum oldu
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Blockchain" analitik şirkəti “Chainalysis” 2022-ci ildə kriptovalyuta hakerlərinin oğurladığı məbləği açıqlayıb. Şimali Koreyadan olan hakerlər keçən il 3,8 milyard dollar dəyərində oğurluq ediblər.

Trend-in məlumatına görə, hesabata görə, hücumlar oktyabr və mart aylarında pik həddə çatıb. Təkcə oktyabr ayında oğurlanan məbləğin 32 fərqli hücumla 775,7 milyon dollar olduğu bildirilir.

Şimali Koreya ilə əlaqəsi olan hakerlər - Lazarusun bu qrupların başında olduğu bildirilir. Bu qrupların keçən il bir neçə hücumda təxminən 1,7 milyard dollar dəyərində kriptovalyuta oğurladığı da məlumatlar arasındadır.

“Chainalysis” kriptovalyutaların qeyri-qanuni istifadəsində rekord artımın da son həftələrdə çoxaldığını açıqlayıb. Müvafiq olaraq, qanunsuz kriptovalyuta fəaliyyəti 2022-ci ildə 20,1 milyard dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti