...

Naxçıvanın sabiq prokurorunun həbs olunması həqiqətə uyğun deyil - Baş Prokurorluq

Gündəm Materials 2 Fevral 2023 11:44 (UTC +04:00)
Naxçıvanın sabiq prokurorunun həbs olunması həqiqətə uyğun deyil - Baş Prokurorluq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Trend xəbər verir ki, bu məlumat Baş Prokurorluq tərəfindən təkzib olunub.

"Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - deyə prokurorluqdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti