Bakı. Trend:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a yüksəlib.
Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Qeyd edilib ki, yaralıların sayı 22 168 nəfərə çatıb.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.