...

Azərbaycandan Türkiyəyə növbəti yardım maşınları yola salındı (FOTO)

Gündəm Materials 9 Fevral 2023 17:11 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə növbəti yardım maşınları yola salındı (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan 20 yük maşını Türkiyənin zəlzələ bölgəsinə yola salınıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tvitter hesabında bildirib.

Qeyd edib ki, "Qardaş köməyi" platforması altında toplanan yardımlardan ibarət 10 yük maşını səhər, 10 yük maşını da indi Türkiyənin zəlzələ bölgəsinə yola salınıb.

Qeyd edək ki, zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda, Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.

Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da "Qardaş Köməyi" platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti