Bakı. Trend:
Çıxarıla bilən batareyalar smartfonun mühəndisliyini olduqca çətinləşdirir.
Trend-in məlumatına görə, çıxarıla bilən batareya üçün açılan bölmə smartfonun daxilində çox yer tutur.
Digər bir tərəfdəndə çıxarıla bilən batareyalar smartfonun suya və yaxudda zərbələrə qarşı davamlı olmamasına səbəb yaradır.
Ən vacib problem isə batareya həcmi ilə bağlıdır. Böyük həcmli batareya quraşdırmaq istiyirsizsə çıxarıla bilən batareyalardan məcburən imtina etməlisiz. Şirkətlərdə bu texniki səbəblərə görə çıxarıla bilən batareyalara geri qayıtmaq istəmirlər.