...

Birinci instansiya məhkəmələrinin yeni təyin edilən hakimlərinin yarıya qədərini qadınlar təşkil edir - Nazir

Gündəm Materials 13 Fevral 2023 15:47 (UTC +04:00)
Birinci instansiya məhkəmələrinin yeni təyin edilən hakimlərinin yarıya qədərini qadınlar təşkil edir - Nazir

Bakı. Trend:

Hakimlərimizin sayı üçdə bir qədər - 200 vahid artırılmış, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter almış və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin ediliblər.

Trend xəbər verir ki, bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilənlərin yarıya qədərini qadınların təşkil edir.

"Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə Ali Məhkəmənin tərkibi 70% təzələnib.

Ali Məhkəmə həm də məhkəmə sistemi üçün böyük kadr ehtiyatı rolu oynayır. Belə ki, Ali Məhkəmənin hakimləri apellyasiya instansiyası məhkəmələrinin, habelə mühüm birinci instansiya məhkəmələrinin sədrləri vəzifəsinə təyinat almışlar", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti