...

"Elektron məhkəmə" sistemi yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə edəcək - Fikrət Məmmədov

Gündəm Materials 13 Fevral 2023 15:53 (UTC +04:00)
"Elektron məhkəmə" sistemi yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə edəcək - Fikrət Məmmədov

Bakı. Trend:

Artıq məhkəmələrin 80%-ə qədərində tətbiq edilən "Elektron məhkəmə" sisteminin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılmışdır. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə verilib.

"Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.

Eyni zamanda məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılmışdır.

Artıq məhkəmələrin 80%-ə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur", - deyə F.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti