Bakı. Trend:
Qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var.
Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
E.Əmrullayev bildirib ki, hazırda qəbul sistemi şaquli qəbul sistemidir. “Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”, - deyə nazir qeyd edib.
O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox özündən əvvəlki abituriyentin seçiminə görə edir: “Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”, - deyə o əlavə edib.