...

Sülhməramlılara aid tibbi və yük avtomobilləri Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 27 Mart 2023 11:34 (UTC +04:00)
Sülhməramlılara aid tibbi və yük avtomobilləri Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn, RSK-ya məxsus tibb və yük maşınları Xankəndiyə, Xankəndindən gələn bir minik, iki yük maşını Laçın istiqamətinə keçib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 106 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti