...

Heydər Əliyevin qətiyyəti nəticəsində yüzlərlə soydaşımız erməni əsirliyindən azad edildi - Azər Gərayzadə (FOTO/VİDEO)

Gündəm Materials 6 Aprel 2023 12:24 (UTC +04:00)
Heydər Əliyevin qətiyyəti nəticəsində yüzlərlə soydaşımız erməni əsirliyindən azad edildi - Azər Gərayzadə (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsi dövründə erməni əsirliyində və girovluğunda olan şəxslərin azad edilməsi ilə Dövlət Komissiyası məşğul olurdu. Bu xətlə cəmi 5-7 nəfəri əsirlikdən azad etmək olurdu, amma ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra biz daha çox azərbaycanlını düşmən əsirliyindən azad edə bildik. Heydər Əliyevin şəxsi əlaqələri və xüsusi qətiyyəti nəticəsində Rusiya siyasi dairələri vasitəsilə xeyli sayda şəxs əsirlikdən xilas oldu. Yüzlərlə gözü yolda olan ailəyə, ana, ata, qardaş, həyat yoldaşına yeni həyat bəxş edildi. Bütün bunlar Heydər Əliyevin xidmətləri idi.

Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının veteranı, polkovnik Azər Gərayzadə deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə bir neçə nəfəri dəyişmək mümkün olurdu.

"1996-cı il may ayının 8-də rəhbərlik göstəriş verdi ki, mən təcili olaraq Rusiyanın xarici işlər naziri Yevgeni Primakovla Ermənistana getməliyəm. Razılaşdırılmış şəkildə bizdə saxlanılan 36 nəfər erməni əsirini qarşı tərəfə qaytarmalı idik. 67 azərbaycanlı əsir və girovu isə biz Azərbaycana gətirməli idik. Orada lazım olan prosedurları keçdik və mayın 10-da geri qayıdırdıq. Azərbaycanlı əsir və girovları təyyarəyə mindirdikdən sonra siyahı məndə olduğu üçün mən onları saydım. Siyahıya uyğunlaşmağını yoxladım. Gördüm, bir nəfər çatmır. Artıq elə məqam idi ki, təyyarə uçmağa hazırlaşırdı. Mən Primakova yaxınlaşdım. Dedim ki, siyahıda 67 nəfər göstərildiyi halda təyyarədə 66 nəfərdir. Gərgin formada öz mühafizəçilərini göndərdi və onlar sayıb qayıtdıqdan sonra ona məruzə elədilər ki, doğurdan bir nəfər çatışmır. Primakov komanda verdi ki, trapı geri qaytarsınlar. Biz onunla düşdük. O mühafizəçilərini Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri dayanan tərəfə göndərdi, onlar gedib oradan bir nəfər əsiri götürü (o biraz ağır gəzirdi) təyyarəyə gətirdilər. Bununla da biz bu missiyamızı bitirdik və Bakıya qayıtdıq", - deyə o, əlavə edib.

Onun sözlərinə görə, aeroportda onlar üçün böyük təntənəli qarşılanma mərasimi təşkil olunub.

"Aeropotda bir çox tanınmış şəxlər, nazirlər, digər rəhbər işçilər, jurnalistlər var idi. Bu bir daha sübut edir ki, bu tədbir də Ulu öndər Heydər Əliyevin nəzarətindədir. Ümumiyyətlə əsir və girovların azad edilməsi məsələsi Ulu öndər Heydər Əliyevin həmişə nəzarətində olub. Heydər Əliyevin bu işə qoşulması ilə nə qədər əsir və girovun ölkəmizə qaytarılmasına nail olundu. Nə qədər ailənin sevincinə səbəb oldu,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti