...

Sülhməramlılara aid 45 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 25 Aprel 2023 12:41 (UTC +04:00)
Sülhməramlılara aid 45 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus avtomobil karvanı manesiz keçid edib. Xankəndindən gələn 3 minik, 42 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Laçın istiqamətinə hərəkət edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 135 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti