...

Cənubi Koreya prezidenti Ukrayna məsələsində ABŞ ilə əməkdaşlığı davam etdirəcəyinə söz verib

Gündəm Materials 27 Aprel 2023 04:08 (UTC +04:00)
Cənubi Koreya prezidenti Ukrayna məsələsində ABŞ ilə əməkdaşlığı davam etdirəcəyinə söz verib

Bakı. Trend:

Cənubi Koreya prezidenti Yun Sok Yol amerikalı həmkarı Co Bayden ilə danışıqlardan sonra Ukraynaya yardımı davam etdirməyə razılaşdıqlarını bildirib.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya prezidenti mətbuat konfransı zamanı deyib.

"Bu baxımdan biz beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynaya dəstək məqsədi ilə əməkdaşlığımızı və səylərimizi davam etdirməyə razılaşdıq", - deyə o qeyd edib.

O, bu razılaşma barədə ətraflı məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti