...

Sabah ilin ilk Ay tutulması olacaq

Gündəm Materials 4 May 2023 15:08 (UTC +04:00)
Sabah ilin ilk Ay tutulması olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 5-də 2023-cü ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma hadisəsi yarımkölgəli Ay tutulması olacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə bildirilib ki, tutulma saat 19:14-də başlayacaq, saat 23:31-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.

Tutulma hadisəsini Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti