...

"Taxıl sazişi" 60 gün uzadılacaq

Gündəm Materials 12 May 2023 01:58 (UTC +04:00)
"Taxıl sazişi" 60 gün uzadılacaq

Bakı. Trend:

Mayın 18-də başa çatacaq "taxıl sazişi" 60 gün uzadılacaq, müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ilk dəfə açıqlana bilər.

Trend-in məlumatına görə, bu barədə taxıl müqaviləsi üzrə danışıqlar prosesi ilə tanış olan mənbə bildirib.

"Müqavilə, fikrimcə, 60 gün uzadılacaq, lakin Rusiya bununla sonuncu dəfə razılaşa bilər. “Ənənəyə görə” uzatma qərarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı [Vladimir Putin] ilə telefon danışığından sonra açıqlaya bilər", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti