...

Ermənistan mövqelərimizi intensiv atəşə tutur

Gündəm Materials 17 İyun 2023 12:17 (UTC +04:00)

Bakı. Trend:

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti