...

Müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib - Baş prokuror

Gündəm Materials 25 İyul 2023 12:31 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

222 prokurorluq işçisi həvəsləndirilib

Trend-in məlumatına görə, bunu bu gün Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, 2023-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 7 nəfər vəzifədən azad edilmiş, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

"İntizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılmışdır.

2023-cü ilin birinci yarımili ərzində 222 prokurorluq işçisi həvəsləndirilmiş, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilmişdir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti