Bakı. Trend:
“Apple” sentyabrın 13-də keçiriləcək xüsusi tədbirində “iPhone 15” seriyalı telefonlarını təqdim edəcək.
Trend-in məlumatına görə, “Apple” “iPhone” təqdimat tədbirini sentyabrın ortalarında çərşənbə axşamı və ya çərşənbə günü keçirir. Yeni xəbərdə iddia edilir ki, operatorlar öz işçilərinə sentyabrın 13-də “vacib smartfon elanı” səbəbilə məzuniyyətə çıxmamağı bildiriblər. “Apple” bu tarixi rəsmi olaraq təsdiqləməyib.
“iPhone 15” seriyası üçün ilkin sifarişlər güman edilir ki, sentyabrın 15-də başlayacaq, pərakəndə satış isə 22 sentyabrda olacaq. Keçən il “iPhone 14” sentyabrın 9-da əvvəlcədən sifariş edildi və sentyabrın 16-da mağazalara çıxdı.
Bu tədbirdə şirkətin dörd yeni “iPhone 15” modelini, yəni 6,1 düymlük “iPhone 15”, 6,7 düymlük “iPhone 15 Plus”, 6,1 düymlük “iPhone 15 Pro” və 6,7 düymlük “iPhone 15 Pro Max” modellərini təqdim edəcəyi gözlənilir.