...

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 23 nəfər yaralanıb

Gündəm Materials 11 Avqust 2023 00:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "X" ("Twitter") sosial şəbəkəsində bildirib.

"Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb", - deyə o qeyd edib.

O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti