Bakı. Trend:
Bu gün “Operativ Media”nın üç yaşı tamam olur.
Trend xəbər verir ki, Operativmedia.az saytında 24 saat fasiləsiz dünya və ölkəmizdə baş verən ən son rəsmi xəbərlər, özəl materiallar, araşdırmalar və siyasi analtik məqalələr dərc olunur.
Sayt fəaliyyətinə görə bir neçə qurum və təşkilat tərəfindən təltif olunub.
Sayt öz oxucularına “İqtisadiyyat”, “Siyasət” “Gündəm”, “İdman”, "Analitika" və digər kateqoriyalarda xəbərlər çatdırır.
Trend BİA “Operativ Media”nın kollektivini təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.