...

İlon Mask orbitə ildə milyon ton yük çıxarmağı planlaşdırır

Gündəm Materials 6 Oktyabr 2023 13:13 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” kompaniyasının qurucusu İlon Mask hər il orbitə milyon ton yük çıxarmağı planlaşdırır.

Trend xəbər verir ki, İlon Mask bu barədə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində online çıxışı zamanı deyib.

“Biz orbitə çıxarılacaq yüklərin həcmini milyon tona çatdırmağı planlaşdırırıq. Bu, təxminən ildə min raket buraxılışı edir. Bunun üçün yerdəki kosmodromlar kifayət deyil və okeanda platformalar qurmaq lazım gələ bilər”, - deyə İlon Mask bildirib.

Onun sözlərinə görə, ildə milyon ton həcminə çıxış Mars planetində yaşayış məskənlərinin qurulması istiqamətində ilk mərhələ olacaq. “Marsda şəhər salmaq üçün Yerdən orbitə 5 milyon ton yük çıxarılmalıdır”, - deyə amerikalı sahibkar əlavə edib.

2023-cü ilin birinci yarısında “SpaceX” 60 raket vasitəsilə orbitə 447 ton yük çıxarıb. Bu il kompaniya ay ərzində orta hesabla 10 raket buraxılışı, gələn ildən isə ayda ortalama 12 buraxılış həyata keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti