...

İsraildə ehtiyatda olan 300 min hərbçi orduya çağırılır

Gündəm Materials 9 Oktyabr 2023 12:50 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq.

Trend xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.

Vurğulanıb ki, onlar “Dəmir Qılınclar” əməliyyatına cəlb olunacaqlar.

Məlumata görə, bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti