...

Gəncədə qardaşı tərəfindən öldürülən qadın müğənni imiş

Gündəm Materials 2 Noyabr 2023 12:12 (UTC +04:00)

Bakı. Trend:

Bu gün saat 7 radələrində Gəncədə Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasova öldürülüb.

Trend xəbər verir ki, araşdırmalar zamanı Səbinə Abbasovanın qardaşı Hüseyn Abbasov tərəfindən öldürüldüyü barədə əsaslı şübhələr müəyyən olunub.

Məlumata görə, yaşadığı binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş.

Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır.

Qeyd edək ki, faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər lenti

Xəbər lenti