Bakı. Trend:
Ağdamda Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.