...

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres öz işini başa çatdırıb

Gündəm Materials 29 Noyabr 2023 17:27 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres öz işini başa çatdırıb

Bakı. Trend:

27 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqresi noyabrın 28-də “Neonatologiyada və pediatriyada yeniliklər” mövzsunda işini davam etdirib.

Tədbirin rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Aynur Poluxova, BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Töhfə Cəmilova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov çıxış ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov bildirib ki, Pediatriya mövzusunda konqresimizin də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilməsi heç də təsadüfi deyil. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycanın inkişaf və tərəqqisində, bütün sahələrdə, o cümlədən səhiyyədə qazanılmış nailiyyətlərdə böyük əməyi və əvəzsiz rolu olmuşdur. Hazırda Ümummilli Liderin bu sahədəki siyasətini möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirirlər.

Ceyhun Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına yönəlmiş səylərə dəstək vermək məqsədi daşıyır. O, qeyd edib ki, konqresin ikinci günü yenidoğulmuşların və uşaqların sağlamlığına həsr olunub. C.Məmmədov öz çıxışında həmçinin, pediatriya və neonatologiya üçün aktuallıq daşıyan bəzi mövzular ətrafında məlumat verib.

28 noyabr 2023-cü il tarixində konqresdə “Neonatologiya üzrə son məlumatlar” adlı I paneldə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Türkiyə Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasını professoru Dr.Merih Çetinkaya, Sağlık Bilimleri Universitetinin professoru Dr.İlke Mungan Akın, Mərkəzi Klinikanın Pediatriya və Neonatologiya şöbəsinin müdiri Dr.Sevda Əsədova, “Neonatal reanimasiyada mübahisəli və həssas məqamlar” adlı II paneldə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi Dr.Vüsal Cəfərov, Ankara Universiteti Tibb fakültəsinin professoru Dr.Ömer Erdeve, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi Dr.Aynur Bağırova və “Pediatriyada təcili və təxirəsalınmaz hallar adlı III paneldə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Dr.Nigar Hacıyeva, Mərkəzi Klinikanın pediatrı Dr.Sevda Mustafayeva təqdimatlarla çıxış ediblər. Təqdimatlar ətrafında tədbir iştirakçılarının sualları cavablandırılıb.

Həmçinin, 28 noyabr 2023-cü il tarixində konqres iştirakçıları üçün Kolposkopiya kursu keçirilib. Kursda Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Dr.Jennifer Byrom “Kolposkopiya nəzəriyyədə nələri bilməliyik? və Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Dr.Fidan İsrafil-Bəyli “Praktik vərdişlər” mövzularında master-klass nümayiş etdiriblər.

Qeyd edək ki, konqres çərçivəsində “Müasir mama-ginekologiyanin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans 7 DTT, 28 noyabr tarixində keçirilmiş “Neonatologiya və pediatriyada yeniliklər” mövzusunda Beynəlxalq Elmi Konfrans 8 DTT ilə qiymətləndirilib. O cümlədən Konqres çərçivəsində Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilmiş "Doğum zalında neonatal reanimasiya" və "Kolposkopiya" kursu 5 DTT balına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti