...

Növbədənkənar Prezident seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsinə təqdim edilmə müddəti məlum olub

Gündəm Materials 8 Dekabr 2023 23:00 (UTC +04:00)
Növbədənkənar Prezident seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsinə təqdim edilmə müddəti məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbədənkənar prezident seçkilərinin nəticələri təsdiq olunması üçün 2024-cü il fevralın 17-dək Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Trend-in məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasısəsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Növbədənkənar prezident seçkilərində bu müddət 2024-cü il fevralın 17-dək olan dövrü əhatə edir.

Xəbər lenti

Xəbər lenti