Bakı. Trend:
"Vişinq" insanları telefon zəngi vasitəsilə aldadaraq fərdi məlumatlarını ələ keçirmək üçün istifadə olunan geniş yayılmış kiberhücum növlərindən biridir.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunan addımları izləyərək geniş yayılmış kiberdələduzluq növlərindən biri olan "vişinq"dən özünüzü qoruya bilərsiniz.
1) Tanımadığınız nömrələrdən zəng edən şəxslərə bank kartı və digər fərdi məlumatlarınızı təqdim etməyin.
2) Danışıq zamanı özünü şirkət və ya qurumun nümayəndəsi kimi təqdim edən şəxsin, həqiqətən, həmin qurumun əməkdaşı olduğunu dəqiqləşdirin.
3) Ölkəxarici nömrələrdən gələn zənglərə qarşı diqqətli olun.