...

Binəqədidə sexdəki partlayışla bağlı bir neçə versiya var - Kamran Əliyev

Gündəm Materials 20 Yanvar 2024 11:16 (UTC +04:00)
Binəqədidə sexdəki partlayışla bağlı bir neçə versiya var - Kamran Əliyev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədidə sexdəki partlayışla bağlı bütün ekspertizalar təyin edilib.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

"Bir neçə versiya var, həmin versiyalar araşdırılır. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilib, məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir".

Xatırladaq ki, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb, 9 nəfər isə həlak olub.

Xəbər lenti

Xəbər lenti