...

Şəmkirdə üç ailə üzvünü bıçaqlayan şəxs saxlanılıb (YENİLƏNİB)

Gündəm Materials 22 Mart 2024 00:37 (UTC +04:00)
Şəmkirdə üç ailə üzvünü bıçaqlayan şəxs saxlanılıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkirdə bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub.

Trend-in məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.

O polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

00:02

xxx

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Məlumata əsasən, üç ailə üzvü bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədirilib. Onlardan birinin vəziyyət ağır olduğu bildirilir.

Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti