...

Daha təhlükəsiz və səmərəli batareya materialı kəşf edilib

Gündəm Materials 4 Aprel 2024 20:59 (UTC +04:00)
Daha təhlükəsiz və səmərəli batareya materialı kəşf edilib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər bu yaxınlarda elektrik vasitələrindən istifadə tərzimizi dəyişdirə biləcək əsaslı kəşf ediblər.

Trend “Knowridge” saytına istinadən xəbər verir ki, “Chemistry of Materials” jurnalında dərc edilən araşdırmaya görə, yaponiyalı professorlar Kenciro Fucimoto və Akihisa Aymi başda olmaqla, tədqiqatçılar qrupu batareyaları daha təhlükəsiz və uzun ömürlü edə biləcək yeni material tapıblar.

Yeni material maye deyil, bərk maddədir, yəni onunla hazırlanmış batareyalar asanlıqla alovlanmayacaq. Bu materialın həm də enerjini daha çox saxlaması onu elektrik avtomobilləri, məişət elektronikası kimi cihazlar üçün əvəzolunmaz edir.

Piroxlor tipli oksiflüorid kimi tanınan materialın mürəkkəb elmi adı var: Li2-xLa(1+x)/3M2O6F (M ilə Nb və ya Ta). Tədqiqatçılar onun digər batareyaların yavaşladığı soyuq havada belə mükəmməl işlədiyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti