...

Yəmən sahillərində Qırmızı dənizdə gəmiyə hücum edilib

Gündəm Materials 7 Aprel 2024 01:38 (UTC +04:00)
Yəmən sahillərində Qırmızı dənizdə gəmiyə hücum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırmızı dənizdə Yəmənin Hodeyda liman şəhərindən təxminən 60 dəniz mili cənub-qərbdə gəmiyə hücum edilib.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Ticarət Daşımılarının Əlaqələndirilmə Mərkəzi (UKMTO) və Britaniyanın dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan "Ambrey" şirkəti məlumat yayıb.

"Gəminin kapitanı gəminin yaxınlığında iki raketin aşkar edildiyini bildirib. Biri [Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün “Prosperity Guardian” əməliyyatını həyata keçirən ölkələrin] koalisiyasi qüvvələri tərəfindən vurulub , ikincisi isə gəminin yanında suya düşüb", - deyə bildirilib.

Qeyd olunub, gəmiyə heç bir ziyan dəyməyib, ekipaj üzvləri isə xəsarət almayıb. O, təyinat limanına qədər hərəkət etməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti