...

1 tondan çox narkotik dövriyyədən çıxarılıb

Gündəm Materials 19 Aprel 2024 17:06 (UTC +04:00)
1 tondan çox narkotik dövriyyədən çıxarılıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyində Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.

"Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb. ", - deyə nazir qeyd edib.

Nazir onu da əlavə edib ki, 2024-cü ilin birinci rübündə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb.

Xəbər lenti

Xəbər lenti