...

“Microsoft Edge” “Youtube” videolarını real vaxt rejimində və audio ilə tərcümə edəcək

Gündəm Materials 22 May 2024 16:50 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft Edge” tezliklə “YouTube”, “LinkedIn” və “Coursera” kimi saytlarda real vaxt rejimində video tərcüməsi funksiyasını təqdim edəcək.

Trend-in məlumatına görə, bu ilki “Build” tədbirində “Microsoft”, yeni süni intellekt tərəfindən dəstəklənən funksiyanın izlənilən məzmunu canlı olaraq həm audio, həm də altyazılara çevirə biləcəyini elan edib.

Hal-hazırda, İspan dilindən İngilis dilinə tərcümə ilə yanaşı, İngilis dilindən Alman, Hind, İtalyan, Rus və İspan dillərinə tərcümə də dəstəklənir.

Qeyd edək ki, “Edge”in yeni süni intellekt xüsusiyyəti insanların həyatını asanlaşdırmaqla yanaşı, eşitmə problemi olan insanlar üçün də faydalı olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti