...

Düşmənin 40-a yaxın hərbçisini pusquya salaraq məhv etdik - Komando mənsubu Hadrut əməliyyatı haqda

Gündəm Materials 9 Oktyabr 2024 12:03 (UTC +04:00)
Düşmənin 40-a yaxın hərbçisini pusquya salaraq məhv etdik - Komando mənsubu Hadrut əməliyyatı haqda
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

2020-ci il oktyabrın 6-da axşam saatları idi biz Hadruta hücum elədik.

Bunu Trend-ə açıqlamasında Komando mənsubu deyib.

O qeyd edib ki, Hadruta hücum Cəbrayıl istiqamətindən həyata keçirilib.

"Hərəkətimiz zamanı düşmənin 40-a yaxın hərbçisini pusquya salaraq yolda məhv etdik. Onları məhv etdikdən sonra Hadrutun dərinliyinə doğru sızmağa başladıq. Hadrutda düşmənin hərbi hissəsi yerləşirdi. Biz ora hücum elədik. Düşmən bizdən sayca üçqat çox idi. Lakin buna baxmayaraq düşməni məhv elədik. Bu döyüşdə şəhid və yaralılarımızın olmasına baxmayaraq, Hadrut qəsəbəsinə nəzarəti ələ keçirdik. Hadrut işğaldan azad edildikdən sonra istiqamət Şuşa şəhəri oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram", - deyə Komando mənsubu bildirib.

Qeyd edək ki, bu gün Hadrutun işğalçılardan azad olunmasının 4 ili tamam olur. Hadrutun azad edilməsinə 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar.

Hadrut azad olunduqdan sonra Azərbaycan ordusu Böyük Kirs dağı, Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı. Orda üstünlük əldə edərək Füzuli Qarğabazar istiqamətində hələ də ordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunu bağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündə ordumuzun əldə etdiyi böyük uğurlarından biri Ermənistan ordusunun isə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğu idi.

Xəbər lenti

Xəbər lenti