...

Qanunsuz saxlanılan silah-sursat tapılıb

Gündəm Materials 15 Fevral 2025 11:40 (UTC +04:00)
Qanunsuz saxlanılan silah-sursat tapılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, fevralın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 17 qumbara, 16 tüfəng, 15 patron darağı və 556 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti