...

Qaraçay çayı üzərində yeni körpünün inşasına start verilib

Gündəm Materials 19 May 2025 12:33 (UTC +04:00)
Qaraçay çayı üzərində yeni körpünün inşasına start verilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Mayın 13-də Qaraçay çayı üzərində yeni körpünün inşasına start verilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlum yayıb.

Qeyd olunub ki, mayın 14-dən başlayaraq Çovdar-Çaykənd avtomobil yolunun 9.7 km-lik hissəsi əsaslı təmir olunur. 15 may tarixindən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində tikinti işləri aparılır.

Eyni zamanda bildirilib ki, mayın 15-dən başlayaraq Gəncə şəhərinin daxili yollarının əsaslı təmiri işləri davam etdirilir:

"Mayın 16-da Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində hərəkət qismən məhdudlaşdırılıb. Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti