...

Azərbaycana məxsus hərbi vertolyotlar Murov dağ istiqamətində uçuşlar həyata keçirib

Hadisə Materials 15 Sentyabr 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə, V.Məmmədov /Azərbaycana məxsus 5-6 hərbi vertolyot sentyabrın 15-də səhər saat 10-11 radələrində Gəncə şəhərinin üzərindən Murov dağ istiqamətinə uçuşlar həyata keçiriblər. İlk baxışda vertolyotlar tam hərbi hazırlıq vəziyətində görünüb. Murov dağ istiqamətində olan kənd sakinlərindən alınan məlumata görə, vertolyotlar həmin hərbi hissəyə tərəf gediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumatı nə təsdiq, nə də təkzib edib.

"Azərbaycan Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinə məxsus vertolyotlar il ərzində ölkə ərazisində uçuşlar həyata keçirə bilər və keçirir. Bunlar hərbi təlimlər çərçivəsində həyata keçirilən və əvvəlcədən planlaşdırılan uçuşlardır" - deyə Müdafiə Nazirliyinin rəsmisi əlavə edib.

Seyntyabrın 14-də Ermənistan hərbi qüvvələri işğal altında olan Ağdam rayonu ərazisində hərbi təlimlər keçirib. Səhər saatlarından başlayaraq axşama qədər davam edən təlimlərdə ağır texnika, hərbi vertolyotlar iştirak edib.

Verdiyev Azərbaycana məxsus hərbi vertolyotların Murov dağ istiqamətində həyata keçirdiyi uçuşların bu təlimlərə cavab olmasına dair sualı şərh etməyib.

Xəbər lenti

Xəbər lenti