...

Güclü külək Salyandakı 4 mərtəbəli binanın damını uçurdub

Hadisə Materials 22 Noyabr 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Bu gün səhər saat 10 radələrində güclü külək Salyanın Nazim Babayev küçəsindəki 4 mərtəbəli 48 mənzilli binanın damını bütövlüklə həyətə uçurub. Xoşbəxtlikdən, qəza zamanı sakinlərdən həyətdə heç kəs olmadığından xəsarət alan yoxdur. Lakin həyətdəki sakinlərə məxsus bir neçə yardımçı tikili, o cümlədən binanın kommunikasiya sistemi bütövlükdə dağılıb. Hazırda rayon İcra Hakimiyyətinin və əlaqədar kommunikasiya sistemlərinin nümayəndələri hadisə yerinə baxış keçirirlər. Əlaqədar şəxslər qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldurlar.

Xəbər lenti

Xəbər lenti