...

Azərbaycanın Xəzər Universitetinin tələbəsini oğurlayan şəxs yaxalanıb

Hadisə Materials 24 Noyabr 2007 13:58 (UTC +04:00)
Azərbaycanın Xəzər Universitetinin tələbəsini oğurlayan şəxs yaxalanıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli / Azərbaycanın Xəzər Universitetinin tələbəsini oğurlayan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.

Oğru Bakı sakini, 1984-cü il təvəllüdlü Elnur Əhmədovdur. O, DİN və Azərbaycan Respublika Prokurorluğunun əməkdaşları tərəfindlən saxlanılıb. Əhmədov cinayəti tamah məqəsədi ilə törətdiyini boynuna alıb.

Qaçırılmış qız sağ-salamat ailəsinə qaytarılıb. Əhmədova qarşı cinayət işi qaldırılıb, istintaq aparılır.

Bakının özəl Xəzər Universitetinin tələbəsi Günay Əlibəyova noyabrın 22-də universitetə yollanıb. Sonra mobil telefonu bağlı olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmayıb. Saat 20:30 radələrində isə naməlum şəxs qızın atası Elxan Əlibəyova zəng edib və 200 min ABŞ dolları tələb edib.

Xəbər lenti

Xəbər lenti