...

Yevlaxda qaz kəmərində baş verən sızmanın səbəbi açıqlanıb

Hadisə Materials 28 Noyabr 2007 19:12 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Yevlax rayonu ərazisindən keçən təbii qaz kəmərində partlayışın baş verməsinə səbəb boru xəttinin çürüməsi olub. Bərdə rayon Qaz istimarı idarəsininin rəisi Ramiz Adıgözəlov məlumat verib. Boruların çürüməsinə səbəb boru xəttinin yerin altından keçməsi və həmin ərazilərdə torpağın şoran olmasıdır. Boru xəttinin təmiri üçün şoran torpaqlarının suyunu çəkən bir neçə texnika cəlb edilib. Sabah günün ikinci yarısına təmir-bərpa işləri çatacaq. Bərdə və Tərtər rayonları təbii qazla təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti